XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2016 - 17:01

Azərbaycanlı tələbələr Kiprdə “Respublika günü”nü qeyd ediblər –FOTOLAR

kibris-1

Şimali Kipr Türk Respublikasında təhsil alan azərbaycalı tələbələr tərəfindən 28 May Respublika Bayramı ilə bağlı tədbir təşkil olunub.

Strateq.az-a verilən məlumata görə, Kıbrıs Ulslararası Universitetində baş tutan bayram tədbirində həmin təhsil ocağının müəllimləri və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin (AKDC) üzvləri və xarici ölkələrdən Şimali Kipr Türk Respublikasında təhsil almağa gələn çoxsaylı tələbələr qatılıblar.

Tədbiri giriş sözü ilə açan Kıbrıs Uluslararası Universitetinin Prorektoru, professor Əhməd Adalıər iki qardaş ölkə arasında dərin mənəvi bağlar olduğuna diqqət çəkib. Şimali Kipr Türk Respublikasında təhsil alan tələbələrin qardaş ölkədə rahat təhsil ala bildiyini qeyd edib: "Bu baxımdan universitetimizdə təhsil alan azərbaycanlı tələbələr həm yaxşı təhsil alır, həm də ictimai işlərdə fəal iştirak edirlər".

Professor çıxışının sonunda Kıbrıs Beynəlxalq Universitetinin akademik mühitində uğurlu və vətənpərvər tələbələr kimi tanınan azərbaycanlıların bu bayramını ürəkdən təbrik edib. Hər zaman Azerbaycanı doğma və qardaş ölkə kimi qəbul etdiklərini dilə gətirən Adalıər gələcəkdə KBU ilə Azərbaycan universitetləri arasında əməkdaşlığa da xüsusi maraqla yanaşacaqlarını bildirib.

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin Sədri Orxan Həsənoğlu əvvəlcə tədbir iştirakçılarını salamlayaraq bu tədbirin təşkilinə şərait yaradan universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Kıbrıs-Azərbaycan arasında diplomatik münasibətlərin olmamasının Dağlıq Qarabağ problemi ilə birbaşa əlaqəsi olduğunu bildirən diaspora sədri, buna baxmayaraq Kıbrısda təhsil alan azərbaycanlılara daima Azərbaycanın Ankara səfirliyi Təhsil Müşavirliyinin qayğı gösdərdiyini və onlarla daim maraqlandığını bildirib: 

"Tələbələrimiz burada ölkəmizi təmsil edir. Bu baxımdan istər təhsil sahəsində, istərsə də məişət davranışlarınada buna xüsusi diqqət yetirməlidirlər. Sizi buraya göndərən valideyinlər və ölkəmiz bir an öncə uğurlu nəticələrlə məzun olmanızı gözləyirlər. İnanıram ki, bu yolda onların ümidlərini doğruldacaqsınız".

Daha sonra tədbir bu təhsil ocağında təhsil alan tələbələrin müxtəlif musiqi nömrələri davam etdirilib. Tələbələrin timsalında milli mahnılarımızın ifası və müxtəlif milli rəqslərimizin nümayişi tədbir iştirakçıları tərəfindən çox maraqla qarşılanıb.

Sonda Kıbrıs Beynəlxalq Universiteti tərəfindən Azərbaycan-Kıbrıs Dostluk Cəmiyyətinə əməkdaşlıq sertifikatı təqdim olunub.

kibris

kibris-1

kibris-2