Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri 28 May – Respublika Günü ilə əlaqədar mayın 28-dən 30-dək qeyri-iş günləri olmasına baxmayaraq, vətəndaşların qəbulunu həyata keçirəcək.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.