XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 May 2016 - 14:57

Deputatlar cəbhə bölgəsinə gediblər- FOTO

dep

Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Eldar İbrahimov və Hüseynbala Mirələmov mayın 28-də Tərtər rayonunda olub, əsgər və zabitlərlə görüşüb, Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəticəsində dağılmış evlərə baş çəkiblər.

Baş nazirin müavini, Milli Məclisin deputatları və rayon rəhbərliyi Tərtər şəhərinin mərkəzi meydanında aprelin əvvəllərində  gedən döyüşlərdə fərqlənən hərbçilərlə görüşüblər. Hərbi qulluqçuları 28 May – Respublika Günü münasibətilə təbrik edən Əli Əhmədov bildirib ki, apreldə cəbhədə baş verən hadisələr qəhrəman döyüşçülərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpa edilməsi naminə hər cür qəhrəmanlıq göstərməyə hazır olduğunu nümayiş etdirdi. Əsgərlərimizin qəhrəmanlığı, şücaəti, erməni təxribatına verdiyi layiqli cavab, eyni zamanda, Tərtər əhalisinin göstərdiyi dəyanət Azərbaycanı uzun illərdən bəri gözlədiyimiz qələbəyə yaxınlaşdırır. Azərbaycan xalqı öz hərbi qüvvələri ilə fəxr edə bilər. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqları azad edəcək.

Əli Əhmədov xidmətdə fərqlənən hərbçilərə qiymətli hədiyyələr təqdim edib.

Baş nazirin müavini və Milli Məclisin deputatları sonra Ermənistan hərbi birləşmələrinin artilleriya zərbəsi nəticəsində dağılmış evlərə baş çəkiblər.