XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 May 2016 - 17:01

Putin Rumıniya və Polşanı hədələdi:"İndi bilərlər nişangah altında yaşamaq nədir”

putin secki

“Biz raket əleyhinə müdafiə sisteminin sərhədlərimizə yaxın yerləşdirmək cəhdinə rekasiya verməyə məcburuq. Əgər dünənə qədər Rumıniya nişangah altında oturmağın nə oldğunun bilmirdisə, bu gün başa düşər ki, biz təhlükəsizliyimizi təmin edən müəyyən addımlar atmalı olcağıq”.

Strateq.az bildirir ki, bu sözləri Yunanıstanda səfərdə olan Rusiya prezidenti Vladimir Putin baş nazir Siprasla keçirdiyi birgə mətbuat konfransında bildirib. Putin deyib ki, bunlar cavab addımlarıdır.

Putin Polşaya da təhdid mesajı göndərib: “Eyni münasibəti Polşaya da göstərəcəyik. Polşanın bu istiqamətdə fəaliyyətini gözləyəcəyik. Ərazidə raket görməyincə heç bir addım atmayacağıq. Tədbir görmək üçün imkanlarımız var. Orta və uzaq mənzilli raketlərimizin imkanlarını bütün dünya gördü”.

  Putinin sözlərinə görə, ABŞ-ın raket qurğularını Rumıniya və Polşada yerləşdirməsi bununla bağlı sazişi pozmasıdır. O, qeyd edib ki, təhlükəsizlklə bağlı belə məsələlər iqtisadi əməkdaşlığa mənfi təsir edir: “Biz 2000- ci ildən bəri israrla təkrar edirik ki, bu addıma reaksiya verəcəyik. Heç kim qulaq asmırdı, bizimlə danışıq aparmaq istəmirdilər. Ümumi sözlərlə deyirdilər ki, bu raket sistemi Rusiyaya qarşı deyil”.

Rusiya prezidenti daha sonra deyib ki, bu raket qurğuları həm də radiolokasiya stansiyalarıdı: “Bu gün orada 500 kilometr məsafəyə uçan raketlər yerləşdirilir. Bir neçə ildən sonra 1000 km vuran raketlər gətiriləcək. Necə yəni bizi təhdid etmir? Bu bizim nüvə qüvvələrimizi təhdid edir”.

Putin bildirib ki, daha pis olan bu raket qurğularına daha uzağı vuracaq raketləri yerləşdirmək imkanıdır.

Bu daha pis olanıdır. Bu komplekslərə 2400 kilometri vuran zərbə raketlərini çox asanlıqla yerləşdirmək olur. Bunun üçün yalnız proqram təminatını dəyişmək lazımdır. Bu bəyəm bizi təhdid etmir? Elə təhdid edir ki…”- deyə Putin çıxışında vurğulayıb.

Prezident qeyd edib ki, Rusiya buna görə lazımi formada cavab  verməyə məcburdurlar.

X.SƏFƏROĞLU