XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 06:20

Kərəm Həsənov vətəndaşları qəbul edəcək

kerem-hesenov.jpg

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 19 iyun 2015-ci il tarixində Daşkəsən şəhərində növbəti vətəndaş qəbulu keçirəcəkdir. QəbuldaDaşkəsən, Gəncə, Göygöl, Samux, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Daşkəsən Rayon İcra Hakimiyyətinin əvvəlki inzibati binasında keçiriləcəkdir.

Strateq.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən bildirir ki, qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi:

(02221) 55290, (02226) 50869, (02220) 5 23 75