XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 06:54

Avropa Oyunlarının Əməliyyat Komitəsi: “Bağlanış mərasimi üçün artıq bilet qalmayıb”

Bakıda keçirilən I Avropa Oyunlarının bağlanış mərasimi üçün artıq bilet qalmayıb.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransı zamanı I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.

S.Kleq deyib ki, dünən əlavə olaraq yarışlar üçün 13.5 min bilet satılıb: “Son 3 gündə 37.500-dən çox bilet satılıb. Bağlanış mərasiminə 48 min bilet satılıb, artıq bağlanış mərasimi üçün bilet qalmayıb. Yarışlar başa çatdıqca idmançılar və nümayəndə heyətləri öz ölkələrinə qayıtmaqdadır. Avropa Oyunları tamaşaçı baxımından yüksək nəticəyə malikdir. Bir çox sessiyalarda 100 faiz tamaşaçı müşahidə etmişik”.