XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 June 2015 - 06:58

Mitxun Çakrabortinin 65 yaşı tamam olur: Solçu olmuş “Disko rəqqası” -FOTOLAR

mitxun.jpg

Sovet gənclərinin kumiri olan məşhur hind kino aktyoru Mitxun çakrabortinin bu gün doğum günüdür.

Strateq.az bildirir ki, populyar aktyor 65 yaşını qeyd edir.

Onun çəkildiyi “Disko rəqqası” filmi keçmiş SSRİ-də fantastik şöhrət qazanmışdı, xüsusilə də Azərbaycanda. Film sovet prokatına 60 milyon manat gəlir gətirmişdi. Mitxun o zamanın gənclərinin əsl məhəbbət kumiri idi.

1984-cü ildə Daşkənd Beynəlxalq Kinofestivalı çərçivəsində SSRİ-yə gələn M.çakroborti 3 gün oteldən kənara çıxa bilməmişdi. Bütün Orta Asiya ölkələrindən Daşkəndə gələn gənc fanatlar mehmanxana ətrafında toplaşaraq isterikcəsinə qışqırır “Cimi, Cimi” deyə onu çağırırdılar. Kütləni yalnız milis gücünə dağıtmq mümkün olmuşdu…

mitxun musket.jpg

Əsl adı Qauranqa olan Mitxun çakraborti 16 iyun 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində anadan olub. 60-cı illərin sonunda o, sol radikal kəndli hərəkatı olan naksalitlər hərəkatına qoşulur. Naksalitlər hakim dairələrdə olan korrupsiya və sosial ədalətsizliklərə qarşı etiraz edirdilər. Naksalitlərin qiyamı hakimiyyət tərəfindən amansızcasına yatırılır. Mitxunun bir çox dostları edam edilir və həbsxanaya göndərilir. Atası oğlunu məhkəmə təqibindən qurtarmaq üçün Bobmeyə, dayısının yanına göndərir.

Bombeydə ətriyyat malları satan Mitxun bir dəfə aktyorluq fakültəsinə qəbulla bağlı elana rast gəlir. çoxdan arzusunda olduğu bu niyyətini gerçəkləşdirmək üçün o, sənədlərini ali məktəbə gətirir. Onu aşağı sosial təbəqən olduğu üçün əvvəl qəbul etmək istəmirlər. Amma boy-buxununa baxıb razı olurlar. Mitxun çakroborti Kino İnstitutunu qızıl medalla başa vurur.

İlk dəfə olaraq 1976-cı ildə “Kral ovu” filmi ilə böyük ekrana gələn Mitxun burada sadə bir ovçunun faciəvi həyat dramını yaradır. Film böyük uğur qaznır. Milli kinofestivalda çakraborti ölkənin ən yaxşı kino aktyoru adına layiq görülür.

mutxun disko.jpg

Hindistanda “alternativ kino” sahəsində bir neçə filmə çəkilən Mitxun gözlənilməz çevriliş edərək kommersiya filmlərinə gəlir. 1982-ci ildə onun baş rolu oynadığı “Disko rəqqası” filmi ağlagəlməz uğur qazanır. Onun yaratdığı “Cimi” obrazı həddindən çox sevilir. Mitxun ölkənin beş ən tələb olunan aktyoruna çevrilir.

80-ci illərin sonuna qədər Mitxun çakraborti 300-dən artıq filmə çəkilmişdi. 90-cı illərdə Mitxun çakrobortinin populyarlığı zəifləyir. Bu illərdə o daha çox mənfi rolları oynamağa başlayır. 2005-ci ildə çəkilmiş “Elan” filmində oynadığı beynəlxalq terrorçu rolunu oynayan Mitxun bir dəfə belə rollara görə tamaşaçılrdan üzr də istəyib.

Mitxun çakroborti hind aktrisası Yoqita Bali ilə evlidir. Onların 2 oğlu, 1 qızları var. Bir oğlu, Mimoh ailənin kino karyerasını davam etdirir.

Son illər Mitxun çakraborti daha çox biznes sahəsinə diqqət yetirir. Uta şəhərində onun mehmanxana

şəbəkəsi var.

mitxun aile.jpg

mitxun qoca.jpg