XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 May 2016 - 11:24

Baş həkimin müavini Xızıdakı avtoqəzada yaralananlarınvəziyyətindən danışdı

Xızıda avtobusun aşması nəticəsində yaralanaraq Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına yerləşdirilən xəstələrdən birinin vəziyyəti daha ağırdır.

Bunu Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev deyib.

Onun sözlərinə görə, hazırda reanimasiyada müalicə olunan həmin şəxs 1953-cü il təvəllüdlü Talbov Vaqif İlyas oğludur.

Baş həkimin müavini qeyd edib ki, dünən xəstəxanaya 8 nəfər müraciət edib. Onlardan 7-si xəstəxanaya qəbul edilib. Həmin şəxslərin 1-i evə buraxılıb, 1-i dünyasını dəyişib: "Hazırda xəstəxanada 5 xəstə müalicəsini davam etdirir. Xəstələrin diaqnozları müştərək travmalar- beyin travması, ətrafların, döş qəfəsinin ciddi zədələnmələridir".

E.Quliyevin sözlərinə görə, xəstələr ən yaxşı halda, yaxın 2-3 gündən sonra evə buraxıla bilərlər.

Xatırladaq ki, dünən Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına daxil olan xəstələr 1971-ci il təvəllüdlü İsmayılov Mehman Oruc oğlu reanimasiya şöbəsinə, 1962-ci il təvəllüdlü Fəttayeva Zərxanım Həşim qızı travmatologiya şöbəsinə, 1969-cu il təvəllüdlü Qasımov Sumiddin Həmzə oğlu travmatologiya şöbəsinə, iki naməlum kişi reanimasiya şöbəsinə, 1982-ci il təvəllüdlü Şirinov Zaur Hurquz oğlu reanimasiya şöbəsinə, 1974-cü il təvəllüdlü Süleymanova Şəfəq Sərdar qızı travmatologiya şöbəsinə, 1991-ci il təvəllüdlü Bəşirova Günel Rayət qızı reanimasiya şöbəsinə yerləşdirilib.

Baş həkimin müavini bildirib ki, naməlum kişi kimi qeydiyyata götürülənlərin hər ikisinin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri hazırda reanimasiya şöbəsində müalicə olunan Talıbov Vaqif İlyas oğlu, digəri isə dünən dünyasını dəyişən Sərxan Abdullayev olub.

Siyəzən Müalicə Diaqnostika Mərkəzindən verilən məlumata görə isə, qəza nəticəsində yaralanaraq xəstəxanaya daxil olan 15 xəstədən ikisi Kliniki Tibbi Mərkəzə göndərilib. Qalan 13 nəfər isə hazırda müalicələrini davam etdirir. Mərkəzdən bildirilib ki, onların vəziyyətləri stabildir, həyatları üçün qorxu yoxdur.

Kliniki Tibbi Mərkəzdən Trend-ə bildirlib ki, bura yerləşdirilən hər iki şəxs hazırda reanimasiya şöbəsində müalicə olunur, vəziyyətləri ağırdır.

Xatırladaq ki, dünən Xızda baş verən avtoqəza nəticəsində 20-dən artıq şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində dünyasını dəyişənlərin sayı artıq 3 nəfərə çatıb.