Kəmaləddin Heydərov taekvondo yarışlarını izləyib – FOTOLAR

Bakı 2015 İlk Avropa Oyunlarında bu gün daha bir neçə idman növündə mübarizəyə start verilib.
Publika.az xəbər verir ki, ilk gündə idmançılarımız uğurlu çıxışla yadda qalıblar.
49-kq-da mübarizə aparan Patimat Abakarova və 58 kq-da döyüşən Məhəmməd Məmmədovun ilk qələbələrini Azərbaycan Taekvondo federasiyasının prezidenti, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da tribunadan canlı izləyib.