XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 09:52

AŞPA Azərbaycanın hakimliyə irəli sürdüyü namizədləri rədd edib

avropa mehkeme.jpg

Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçki komitəsi Azərbaycan hökumətinin Avropa Məhkəməsində hakimliyə namizədliyini irəli sürdüyü şəxsləri qəbul etməyib.

Strateq.az bildirir ki, bu barədə Avropa Şurası Parlament Assambleyası (AŞPA) məlumat yayıb.

Məlumatda deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçki komitəsi iyunun 9 -10-da Parisdə keçirilən toplantısında Azərbaycan, Ermənistan, Latviya, Lüksemburq və Monako hökumətlərinin Avropa İnsan Hüquqları Məhkəməsinə hakimliyə namizədliyi irəli sürülmək üçün təqdim etdiyi şəxslərin ixtisas qiymətləndirməsini aparıb.

Beləliklə, komitə Ermənistan, Latviya, Lüksemburq və Monakonun irəli sürdüyü şəxslərdən hakimliyə namizəd irəli sürülmək üçün bir nəfəri müəyyən edib.

Komitə Azərbaycandan namizədliyi irəli sürmüş Azərbaycan hökümətinin Avropa Məhkəməsində nümayəndəsi çingiz Əsgərovu, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayevanı, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin hakimi Vüsalə Baxışovanı kifayət qədər yaxşı kvalifikasiyalı hesab etməyib və siyahını rədd edib.

AŞPA Azərbaycan hökumətindən yeni namizədlərin irəli sürülməsini xahiş edəcək.