XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 May 2016 - 11:34

Əli Hüseynov:""Diffamasyia haqqında” qanuna nə üçün mənfi rəy verildiyi bizə məlum deyil"

eli-husenli-1

Bu gün Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində “Diffamasiya və böhtan: Azərbaycanın müvafiq qanunvericiliyinə baxış” mövzusunda sessiya təşkil olunub.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2011-ci ildə Azərbaycanın Venesiya Komissiyasına təqdim etdiyi “Diffamasyia haqqında” qanuna verdiyi rəy müsbət olmayıb: “Ancaq məlum olmadı ki, Venesiya Komissiyası nə üçün mənfi rəy verdi və bu işlər dayandırıldı. O vaxt üç ölkə “Diffamasiya haqqında” qanun qəbul etmişdi. Avropa ölkələrinin bir çoxu, o cümlədən Fransa bunu qəbul etməmişdi”. 

Ə. Hüseynli qeyd edib ki, “Diffamasiya haqqında” qanunun mahiyyəti Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dekriminalizasiya edilməməsi ilə bağlı olub: “Bu gün də biz bu mövqedəyik. Biz prinsipcə qanunun qəbulunun əleyhinə olmamıışıq. Yeganə mövqeyimiz o olub ki, bunu Cinayət Məcəlləsini dekriminalizasiya etmədən həyata keçirək”.