XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

31 May 2016 - 12:11

“Azercell”in prezidenti Beynəlxalq Rabitə Akademiyasının akademiki adına layiq görüldü –FOTO

azercel-rehber-mukafat

"Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində fəaliyyət göstərən, baş ofisi Moskva şəhərində yerləşən Beynəlxalq Rabitə Akademiyasının akademiki tituluna layiq görülüb.

Vahid Mürsəliyev informasiya kommunikasiya texnologiyaları sahəsindəki nailiyyətlərinə görə xüsusi diplomla da mükafatlandırılıb. Azercell-in baş ofisində keçirilən görüşdə Beynəlxalq Rabitə Akademiyası Rəyasət Heyətinin üzvü və Akademiyanın Azərbaycan filialının prezidenti, keçmiş Rabitə Naziri Siruz Abbasbəyli Vahid Mürsəliyevə mükafatı təqdim edib. Siruz Abbasbəyli Azercell-in Azərbaycanım rabitə sektorunun inkişafına verdiyi töhfələrdən, həyata keçirdiyi uğurlu layihələrin əhəmiyyətindən söz açaraq, şirkəti bundan sonra da ölkənin lider mobil operatoru kimi görmək istədiyini vurğulayib.

Vahid Mürsəliyev isə öz növbəsində belə bir mükafata layiq görüldüyünə görə, Beynəlxalq Rabitə Akademiyasının Rəyasət Heyətinə və şəxsən Siruz Abbasbəyliyə öz dərin təşəkkürünü bidlirib.

Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.

Məlumat üçün bildirək ki, 1996-cı ildən BMT nəzdində fəaliyyət göstərən və Baş Qərargahı Rusiyada yerləşən Beynəlxalq Rabitə Akademiyasının dünyanın bir neçə ölkəsində, o cümlədən Bakıda filialı fəaliyyət göstərir. Könüllü akademikləri, məşhur menecerləri, peşəkar mütəxəssisləri bir araya gətirən ictimai təşkilat telekommunikasiya sahələrində ümumi maraqların və praktik məsələlərin inkişafına çalışır. Hazırda Akademiya 33 ölkədən 800-dən çox akademik üzvü özündə birləşdirir.