Milli Məclisin bugünkü iclasında deputatlarla yanaşı bir qrup azyaşlı uşaq da iştirak edib.
Spiker Oqtay Əsədov həmin uşaqların simasında 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün dünya uşaqlarını təbrik edib. (Trend)
O.Əsədov qeyd edib ki, sevindirici haldır ki, iclasda uşaqlar da iştirak edir: "Onları parlamentimizin adından bir daha təbrik edirik".