XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2016 - 13:58

Hacı Əbdül:“7 ay əvvəl Ayaz Mütəllibovla görüşüb dərdləşdik”

haci ebdul

“2015-ci ildə Azərbaycanda tövbə etmək üçün “Tövbə” cəmiyyətinə 80-ə yaxın adam müraciət edib”.

Bunu “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül deyib.

Hacı Əbdül insanların konkret nəyə görə tövbə etdikləri barədə də danışıb.

“2016-ci il ərzində 20-dən çox adam tövbə edib. Tövbə edənlər arasında qadınlar da, kişilər də var. Tövbə edənlərin əksəriyyəti narkomaniyadan, içkiyə olan aludəçilikdən əziyyət çəkənlərdir. Dərk edirlər ki, narkomaniyanın, oğurluğun axırı yoxdur. Tövbə edənlərin əksəriyyəti cavanlardır. Hətta, deyə bilərəm ki, bu gün Azərbaycanda narkomaniya ilə məşğul olan qadınlar heç də kişilərdən geri qalmır”. (modern.az)

Cəmiyyətin sədri, vaxtilə deputat olduğu dövrlərdə təmasda olduğu insanlarla görüşməyə hazır olduğunu söyləyib.

“Parlamentdə təmsil olunduğum müddətdə  bütün deputatları tövbə etməyə çağırdım. Dedim ki, gəlin, düz yola qayıdaq. Çünki o vaxtlar torpaqlarımız da, millətimiz də məngənə içində sıxılırdı. Həmçinin, keçmiş silahdaşlarımla bu gün bir yerdə olmağa hazıram”.

Hacı Əbdül eks-prezident Ayaz Mütəllibovla əlaqələrindən də söz açıb.

Ayaz Mütəllibov Azərbaycana qayıdandan sonra onunla görüşümüz olub. Hər ikimiz ümumi vəziyyətdən danışdıq, dərdləşdik. Daha nə danışa bilərdik ki? Axırıncı dəfə 7-8 ay  bundan qabaq onunla görüşmüşük”.