XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 May 2016 - 14:07

“Formula-1” ə görə ali məktəblərdə imtahanlarınvaxtı dəyişdi

imtahan

 

Azərbaycanda keçiriləcək “Formula-1” yarışları ilə əlaqədar olaraq ali təhsil müəssisələrində yay imtahanlarının keçirilmə vaxtında dəyişiklik olub.

 Təhsil Nazirliyindən APA-nın sorğusuna cavabda bildirilib ki, Elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən iyunun 15-20-də imtahan təyin olunmamasını xahiş edib.  Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu  qaydada davam etdiriləcək. Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.