XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 May 2016 - 17:33

Türkiyəli rəssam:“Naxçıvan bəşəriyyəti dostluğa səslədiyini bütün dünyaya göstərdi”

hulya

 

Uzun illərdir blokada vəziyyətində yaşamasına baxmayaraq, sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikası bu gün regionun elm və mədəniyyət mərkəzinə çevrilib. Buradakı tarixi abidələrə göstərilən diqqət alqışa layiqdir. Əlincəqalanın bərpası timsalında biz bunun bir daha şahidi olduq.

Bu sözləri AZƏRTAC- a müsahibəsində mayın 26-27-də Naxçıvan Muxtar Respublikasında keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının iştirakçısı, Türkiyənin FEMİN ART Beynəlxalq Assosiasiyasının üzvü, rəssam-yazıçı Hülya Sezgin deyib.

Hülya Sezgin qeyd edib ki, “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı çox yüksək səviyyədə keçirildi. Hər şey möhtəşəm idi.

Muxtar respublikanın qədim tarixinə, gözəl təbiətinə heyran qaldığını bildirən rəssam vurğulayıb ki, beş minillik şəhər mədəniyyətinə malik olan Naxçıvan diyarı öz tarixi, zəngin mədəniyyəti ilə hər bir rəssamın diqqətini cəlb edir.

Türkiyəli rəssam deyib: “Mən görkəmli rəssam Bəhruz Kəngərlinin adını daşıyan parkın və onun abidəsinin istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə də iştirak etdim. Əminəm ki, gələcəkdə bu parkda rəssamlar Bəhruz Kəngərli sənətindən ilham alaraq dəyərli əsərlər yaradacaqlar. Necə ki biz möhtəşəm Əlincəqaladan ilham alaraq əsərlər yaratdıq. Biz – dünya rəssamları bu gözəl addımı birlikdə atdıq. Naxçıvan bu tədbirlə bəşəriyyəti dostluğa, birliyə və sülhə səslədiyini bütün dünyaya göstərmiş oldu”.