XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

31 May 2016 - 18:35

Tərtərdə 2 ədəd “Qrad”raketinin hissəsi aşkarlandı

Mayın 31-də Tərtər rayonunda 2 ədəd "Qrad" raketinin hissəsi aşkar edilib.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu Şıxarx kəndi – 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 10 000 kv.m ərazi yoxlanılıb. Cəmilli kəndi – 1 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib və 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 10 000 kv.m ərazi yoxlanılıb.

Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 5000 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu Qaradağlı kəndi – 1 ev və həyətyanı sahə və 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 4 000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu Şükürbəyli kəndi – 4 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 2171 kv.m ərazi yoxlanılıb. 31 may tarixində 5 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 19 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat ("Qrad" raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 31 171 kv.m ərazi təmizlənib. Ümumilikdə ANAMA tərəfindən 7 aprel – 31 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 548 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 479 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.