XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 13:24

“Bakı-2015”: Avarçəkənimiz bürünc medal qazandı
Bu gün “Bakı-2015” I Avropa Oyunlarında avarçəkmə yarışlarına yekun vurulacaq. Azərbaycanı “Bakı 2015” I Avropa Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə final yürüşündə mübarizə aparıb.
Qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) çıxış edən 33 yaşlı idmançı həlledici yürüşdə 5-ci yeri tutub.
O, məsafənin yarısını bütün rəqiblərindən öndə keçsə də, son bölümdə mövqeyini əldən verib. Nəticədə Osipenko Radomskaya finişə 2 dəqiqə 5,583 saniyəyə çatıb.
Bu yarışda macarıstanlı Danuta Kozak qalib gəlib – 2.03,569. çempion avstriyalı İvon Şurinqi 1,139, polşalı Evelina Voynarovskanı 1,820 saniyə qabaqlayıb.
Qeyd edək ki, İnna Osipenko-Radomskaya bu gün saat 15:05-də 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə də final yürüşündə çıxış edib. Burada 42,091 saniyə nəticə göstərən İnna Osipenko-Radomskaya yarışı 6-cı pillədə başa vurub.
Təmsilçimiz Valentin Demyanenko də mükafat uğrunda mübarizə aparıb. Kanoeçilərin 200 metr məsafəyə yürüşündə 40,142 saniyə nəticə göstərən Demyanenko yarışın gümüş mükafatını qazanıb.
O, finiş xəttinə birinci çatmağa yaxın olsa da, sonda yarışın qalibi litvalı Henrikas Justautasdan 0,078 saniyə geri qalıb. çexiyalı Marton Foksa 40,188 saniyə nəticə ilə 3-cü olub.
Digər təmsilçimiz Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında B finalında start xəttinə çıxıb. O, 37,492 saniyə nəticə ilə yarışı 7-ci pillədə başa vurub.