XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 15:38

Bakıdan Məşhədə təyyarə reysi açılır –XƏBƏR

meshed.jpg

Tezliklə Məşhəd-Bakı, Bakı-Məşhəd təyyarə reysi açılacaq.

Strateq.az İranın dövlət radiosuna istinadən bildirir ki, bu haqda İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Səfir Möhsün Pakayin Tehranda keçirilən İranın İraq, Azərbaycan Respublikası və Türkmənistanla praktiki ticarət konfransında çıxışında deyib ki, tezliklə Məşhəd-Bakı, Bakı-Məşhəd reysi açılacaq: “Azərbaycan Respublikası vətəndaşları İrana səfər etməyə maraqlıdırlar və ildə bir milyon Azərbaycan vətəndaşı istirahət və turizm, müqəddəs məkanların ziyarəti və müalicə üçün İrana səfər edir.”

İranın şimal-şərqində yerləşən Məşhəddən Bakıya uçuş reysinin açılması üzrə müzakirələrin davam etdiyini bəyan edən Pakayin vurğulayıb: “Hər həftə Tehran və Bakı arasında 8 uçuş həyata keçirilir və Məşhəd-Bakı uçuş reysinin açılması ilə İmam Rzanın (ə) pak ziyarətgahının zəvvarlarından əlavə, İran və Azərbaycan Respublikasının iş adamları da bu potensialdan istifadə edə biləcəklər.”

İranın Azərbaycan Respublikasındakı səfiri iki ölkənin ticarət dövriyyəsinin ildə təxminən 500 milyon dollar olduğunu deyərək sözlərini belə davam edib: “Turizm və kiçik ticarətin əlavə olması ilə İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin dəyəri ildə 1 milyard dolları keçəcək”.

Xatırladaq ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfər zamanı Bakı-Məşhəd aviareysinin açılması barədə sənəd imzalanıb.

Strateq.az