XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2015 - 16:02

Azərbaycan müxalifətinin vəziyyəti AŞ PA-da müzakirəyə çıxarılacaq –GÜNDƏLİK

aspa.jpg

22-26 iyunda Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcək.

Sessiya zamanı BMT-nin Baş katibi Pan Gi Mun AŞPA-ya müraciət edəcək. Həmçinin, Malta prezidenti Mariya Luiza Koleyra Presa, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç AŞPA-da çıxış edəcəklər.

Strateq.az AŞPA-nın saytına istinadən xəbər verir ki, sessiyada AŞPA-nın iclaslarında Rusiya Federasiyası nümayəndə heyətinin səsvermək hüququ, Azərbaycanda demokratik institutların fəaliyyəti, AŞPA-nın 1941 saylı qətnaməsinin qəbulundan sonra Macarıstanda vəziyyət, miqrasiya problemlərinin həlli bağlı məsələlər müzakirə olunacaq.

Azərbaycanla bağlı müzakirələr iyunun 23-də baş tutacaq. Azərbaycanla bağlı Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt və Tadeuş İvinskinin Azərbaycanda “Demokratik İnstitutların fəaliyyəti” adlı hesabatı müzakirə olunacaq.

AŞPA Ukraynadakı münaqişə zamanı itkin düşmüş şəxslər, cinayətlər barədə məlumat verən şəxslərin müdafiəsinin gücləndirilməsi ilə bağlı məsələləri də müzakirə edəcək.

Assambleya Avropa Mükafatının 60 illik yubileyini də qeyd edəcək.

Strateq.az