XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 Mart 2015 - 07:18

Azərbaycan polisi fahişəliyi təbliğ edən saytla bağlı hərəkətə keçdi

Azərbaycan polisi fahişəliyi təbliğ edən saytla bağlı hərəkətə keçdi (FOTO+18)

Bakıda əxlaqsızlığı yayan yeni sayt fəaliyyətə başlayıb.



ANS PRESS-in məlumatına görə, “Baku Escort” adı altında fəaliyyətə başlayan bu sayt, guya boş vaxtlarını sərfəli və səmərəli keçirmək istəyən insanlar üçün xidmət göstərir.

Əslində isə sayt fahişəliyi təbliğ edir. Saytda xanımların xidmətləri təklif edilir. Saytda dünyanın bütün yerindən fahişələr təklif olunur. Onların adları, çılpaq fotoları açıq şəkildə nümayiş edilir.

Qızları bəyənənlər üçün isə onlarla əlaqə yaratmaq üçün telefon nömrələri yazılır. Maraqlıdır ki, həmin sayta heç bir məhdudiyyət olmadan girmək mümkündür.

Məsələ ilə əlaqədar ANS PRESS Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov ANS PRESS-ə açıqlamasında bildirib ki, sayt qeydiyyatdan keçib. ANS PRESS-in müraciəti əsasında rabitə nazirliyi hüquq-mühafizə orqanlarına müraciət edib. Saytın faəliyyəti araşdırılaraq, müvafiq tədbirlər görüləcək.