“Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və hərtərəfli sülh sazişi üzrə danışıqlar barədə vacib müzakirələr apardıq”.
Bu sözləri ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
“Biz prezidentlərin iyunda görüşünü səbirsizliklə gözləyirik”,- deyə o qeyd edib.