XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2016 - 14:29

Nardaran hadisələrinə görə daha bir nəfər azadlıqdanmərhum edilib

nardaran_yol_011215_11

 

Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı həbs edilən Raci Babayevin işi üzrə proses başa çatıb. «Report»un xəbərinə görə, məhkəmənin qərarı ilə R.Babayev 2 il 9 ay azadlıqdan məhrum edilib.

R.Babayev qanunsuz odlu silah, partlayıcı maddə və qurğular əldə etməkdə ittiham olunub. O, ittihamları qəbul etmir.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Nardaran əməliyyatında ikisi polis olmaqla yeddi nəfər həlak olub.

Bu əməliyyatda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə və bir qrup tərəfdarı tutulub. Prokurorluğun bildirməsinə görə, bu hərəkatla bağlı ümumilikdə 70 nəfər həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsində terrorçuluq və daha bir neçə ağır maddə üzrə ittiham irəli sürülüb. İstintaq yekunlaşarkən T.Bağırzadənin işinə qəsdən adam öldürməklə də bağlı yeni ittiham əlavə olunub.