XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 10:13

Gəncədə ikitərəflibulvar salınacaq

Azərbaycanda ilk dəfə olaraq Gəncə şəhərində ikitərəfli bulvar salınacaq.

Bu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əsas binasında 28 May-Respublika Gününə həsr olunan tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncədə reallaşdırılması nəzərdə tutulan sosial-iqtisadi inkişaf layihələri haqqında məlumat verərkən deyib.

Elmar Vəliyev bildirib ki, Gəncəçayın sağ sahilində salınan və ilin əvvəlində Prezident İlham Əliyevin açılışını etdiyi park-bulvar kompleksi qısa zamanda gəncəlilərin sevimli istirahət məkanına çevrilib.

Hazırda kompleks həm də sakinlərə yüksək səviyyəli xidmət göstərən sosial obyektləri ilə insanların istirahətlərinin mənalı və yaddaqalan olmasını təmin edir.

Elmar Vəliyev vurğulayıb ki, Gəncəçayın sol sahilində salınacaq park-bulvarda da sakinlərin və şəhərə gələn qonaqların istirahətinin səmərəli təşkili üçün lazımi şərait yaradılacaq. Bulvar ərazisində aparılacaq tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verən Elmar Vəliyev diqqətə çatdırıb ki, sol sahildə yerləşən bir sıra fərdi yaşayış evləri çayın subasarında tikilib. Odur ki, sakinlərin problemlərinin aradan qaldırılması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb. Komissiya işini yekunlaşdırdıqdan sonra müvafiq qərar veriləcək və ərazidə şəhərin memarlığına yeni elementlər qatacaq bulvarın tikintisinə başlanılacaq(azərtac).