XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 10:37

İsraillə Türkiyə diplomatik münasibətləri bərpa etməklə bağlırazılığa gəldi

netanyahu

İsraillə Türkiyənin danışıq qrupları ölkələr arasındakı münaqişənin əsas məsələləri üzrə razılığa gəlib.

Strateq.az newsru.co.il portalına isnadən bildirir ki, ola bilsin, işçi qrupların artıq növbəti görüşündə diplomatik münasibətləri tam həcmdə bərpa etməyə imkan verən saziş imzalanacaq.   

Portalın istinad etdiyi Doqquzuncu kanalın hərbi icmalçısı Alon Ben-David məlumat verib ki, İsrail razılaşma çərçivəsində HƏMAS-ın Türkiyə ərazisində fəaliyyətinin tam dayandırması tələbindən imtina edib. HƏMAS-ın İstanbul təmsilçiliyi işini davam etdirəcək, lakin İsrail Türkiyədən bu qurumun işinə nəzarət, həmçinin Türkiyə ərazisindən İsrailə qarşı terror aktlarının təşkilinə hər cür mane olmaq öhdəliyi tələb edir.

Türkiyə öz növbəsdində Qəzza sektorundan mühasirənin tam götürülməsi tələbindən imtina edib. Türkiyə prezidenti Ərdoğan bu tələbi uzun illər ərzində yerinə yetirilmədən İsraillə razılaşma əldə edilə bilməyəcəyi əsaslı tələb kimi irəli sürüb. Türkiyə İsraildən Qəzza sektorundakı durum məsələsində “özəl status” vədi almaqla bu tələbdən imtina etdi. Misirin də malik olduğu bu status Türkiyə tərəfinə Qəzza sektorunda humanitar layihələr həyata keçirməyə şərait yaradacaq.

Türkiyə-İsrail münasibətləri başda “Mavi Mərmərə” bərəsi olmaqla “azadlıq donanması”nın yaxalanmasından sonra pozulmuşdu. Gəmilər Qəzza sektoruna üzürdü. Toqquşma 2010-cu il mayın 30-a keçən gecə baş verdi. IHH İslam təşkilatının fəalları həbs zamanı İsrail əsgərlərinin üzərinə atıldı və toqquşmanın gedişində gəminin doqquz sərnişini həlak oldu, on hərbçi ziyan çəkdi.

İsrail baş naziri Benyamin Netanyahu bir müddət əvvəl Türkiyə vətəndaşlarının həlakına görə üzr istəmişdi.