XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 12:44

Azərbaycana daha 6 ayvaxt verildi

mssht

Azərbaycan MSŞT üzrə qiymətləndirmədən keçəcək

Ölkənin bu mötəbər qurumda statusu bundan sonra oktyabrda Astanada müzakirə ediləcək

Osloda dünəndən başlayan “Mədən sənayesində şəffaflıq təşəbbüsü” (MSŞT) üzrə beynəlxalq idarə heyətinin 34-cü islası davam edir. Avrasiya regionunu beynəlxalq idarə heyətində təmsil edən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlunun Oslodan verdiyi xəbərə görə, iclasın 1-ci günü mülkiyyət sahibliyinin açıqlanması, MSŞT-nin maliyyələşməsi məsələləri müzakirə olunmaqla yanaşı, Katibliyin və Komitələrin hesabatları dinlənilib. Müzakirələr nəticəsində qərar alınıb ki, iyulun 1-dən 15 üzv ölkədə, o sıradan da Azərbaycanda qiymətləndirmə başlasın. Qiymətləndirmə zamanı MSŞT standatlarının Azərbaycanda tətbiqi, o cümlədən vətəndaş cəmiyyətinin bu prosesdə iştirakı məsələləri dəyərləndiriləcək. Azərbaycanı üçün ötən il təsdiq olunmuş islahedici planın icrası üzrə ölkənin öhdəliklərinin yerinə yetirilmə səviyyəsinin müzakirəsi yeni standartlara uyğunluğun qiymətləndirilməsi başa çatandan sonra 25-26 oktyabrda Astanada keçiriləcək növbəti idarə heyəti toplantısında nəzərdə tutulur. Bu isə o deməkdir ki, islahedici planın müddətinin aprelin 15-də başa çatmasına baxmayaraq, Azərbaycan de-fakto 6 aydan çox əlavə vaxt qazanır. Bu müddət mövcud problemlərin həllinə daha geniş şans yaradır.