XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 15:40

“28 May”-Aeroport: Bu marşrut üzrə avtobuslarHökumət evinin qarşısında da dayanacaq

“Express” marşrut xətti üzrə “28 May” metro stansiyasından Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində və əks istiqamətdə hərəkət edən avtobuslar artıq Hökumət evinin önündə də dayanacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

O bildirib ki, bu günədək “Express” marşrut xətti üzrə hərəkət edən avtobuslar “28 May” metro stansiyasından hava limanı istiqamətinə və hava limanından “28 May” metro stansiyası istiqamətində hərəkətini davam etdirərkən “Koroğlu” metro stansiyası önündə qısa fasilə edirdi. Artıq “Koroğlu” metro stansiyası ilə yanaşı Hökumət evinin önündəki dayancaqda da qısa fasilə edəcək.