XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 16:07

Ruslar bu 3 dövləti düşmən sayır:Rəy sorğusunun gözlənilməz nəticələri

sorqu

Ruslar ölkənin əsas düşməni kimi ABŞ, Ukrayna və Türkiyəni görür.

Strateq.az bildirir ki, bu barədə nufuzulu “Levada-Centr” mərkəzinin keçirdiyi rəy sorğusunda məlum olub.   

Rəyi soruşulanların 72 faizi hesab edir ki, Rusyanın ən böyük düşməni ABŞ-dır.  İkinci yerdə Ukrayna gəlir (48 faiz). Bu, sorğu tarixində indiyə qədər müşahidə edilən bir rəqəmdir. “Üçlüyü” 29 faizlə Türkiyə qapadır. Halbuki, təyyarə qalmaqalına qədər bu rəqəm cəmi 1 faiz idi.    

Rusiyanın əsas dostları Belorus (50 faiz), Qazaxstan (39 faiz) və Çin (34 faiz) göstərilib. Rəyi soruşulanların 10 faizi Suriyanın adını çəkib. 2015-ci ildə bu rəqəm 2 faiz olub.

Sosioloqlar bildirib ki, Rusiya əhalisinin böyük əksəriyyəti Amerikaya (70 faiz) və Avropa Birliyinə (62 faiz) çox pis münasibət bəsləyir.