XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2016 - 16:19

Meksika səfiri Milli Məclisdə olub

meksika sefir

İkitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bu gün Milli Məclisin sədr müavini, Təbii ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Valeh Ələsgərovla görüşüb.

Meksikanın ölkəmizdəki səfriliyindən Strateq.az-a bildiriblər ki, görüşdə parlamentin sədr müavini rəhbərlik etdiyi Komitənin fəaliyyətindən, parlamentlərarası qrupların səlahiyyətləri və onların ikitərəfli münasibətlərin genişlənməsinə müsbət təsirindən danışıb. Səfir Labardini, Meksika-Azərbaycan münasibətləri və onların inkişaf dinamikasından söz açaraq ölkə iqtisadiyyatının əsas göstəriciləri barədə məlumat verib. Bundan əlavə, diplomat ölkəsinin müəyyən sahələrdə əldə etdiyi böyük uğur və təcrübəni vurğulayaraq onunla bölüşə biləcəyini qeyd edib.

Tərəflər müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın gələcək inkişafının mümkün yolları barədə fikir mübadiləsi aparıblar. Hər iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə dair istək ifadə olunub.

Strateq.az