XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 10:23

Yaponiyada xərçəng xəstəliyinin erkən diaqnostikasının yeni metodu tətbiq edilib

Yaponiyada xərçəngin erkən diaqnostikasının yeni metodu tətbiq edilib

Yaponiya alimləri xərçəngin ilkin mərhələlərində diaqnostikasının yeni metodunu tətbiq ediblər.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeni metod bir damla qan əsasında təhlükəli hüceyrələri 3 dəqiqəyə aşkar etməyə imkan verir.

Bu məqsədlə xüsusi metal plastinin üzərinə pasiyentin qanını qoyurlar. Ardından o, ultrabənövşəyi şüaların təsirinə məruz qoyulur. Xərçəng xəstələrində qan hüceyrələri işıq saçmağa başlayır.