XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

03 İyun 2016 - 12:47

Asim Mollazadə:“Bundestaqın bu qətnaməsindən “səlib yürüşü”nün iyi gəlir”

asim molla

“Bundestaqın qəbul etdiyi bu qətnamə ilk növbədə Almaniyada yaşayan milyonlarla türkə həqarətdir”

Bu sözləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə qondarma “soyqırım” barədə qətnaməni şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, Bundestaqın qərarı təəssüf doğurur. “Bu qərar əslində Avropada, o cümlədən, Almaniyada təhlükəli proseslərin başlanmasından xəbər verir. Zənnimcə, bu qərarın arxasında yenidən bir Berlin divarının ucalması durur. Avropada, Almaniyada islamofobiyanın, ksenofobiyanın, antisemitizmin artması, əslində, çox təhlükəli bir məsələdir. Bu sənəddən “səlib yürüşləri” ab-havası gəlir, çox təhlükəli sənəddir”.