XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 11:25

“Dövlətimdən görmədiyim dəstəyi Azərbaycanda gördüm…” – Türk güləşçi
“Bakı-2015” I Avropa Oyunlarının qalibi olan türkiyəli güləşçi Rıza Kayaalp Qətərin “Əl Cəzirə” telekanalına müsahibə verib.
Strateq.az Qol.az-a istinadən xəbər verir ki, Bakıda hörmətlə qarşılandığını, özünü doğma vətənindəki kimi hiss etdiyini bildirən dünya və Avropa çempionu Azərbaycan xalqına minnətdarlığını bildirib:
“İlk Avropa çempionluğunu Bakıda qazanmışdım. Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Hətta burda daha çox dəstək görürük. Xalqım məndən inciməsin, amma bu həqiqətdir ki, ailəmdən başqa heç kim Türkiyədən mənə dəstək olmaq üçün Bakıya gəlmədi. Türkiyədəki yarışlarımda da elə olurdu. Türkiyədə mən heç Bakıdakı kimi dəstək görmədim. Ancaq Bakını görürsünüz. Güləş yarışlarında 8-9 minlik tribuna tamamilə dolur. Meydana türk idmançı çıxanda isə inanılmaz bir dəstək görürdük”.
Azərbaycan və Türkiyədə idmana olan marağı müqayisə edən R.Kayaalp ölkəmizin bu sahədə irəlidə olduğunu qeyd edib: “Azərbaycanda güləşi sevirlər. Bu idman növünü yaxşı bilirlər. Güləş yarışları zamanı arenada gözəl ab-hava yaranır. Ancaq Türkiyədə güləşə o qədər də diqqət yetirilmir. Bir çoxları güləşçiləri tanımır. ölkəmizdə hansı idmana sahib çıxırlar ki, güləşə də qayğı göstərilsin?”.
R.Kayaalp 26 yaşında Bakıda Avropa və dünya miqyasında 26-cı medalını qazanıb. O, Avropa Oyunlarında üzərində böyük təzyiq olduğunu, ancaq bundan narahatlıq keçirmədiyini deyib: “İdmançıdan böyük gözləntilər olanda meydanda mübarizə aparamaq çətin olur. Anca son illərdə bu çətinliklərin öhdəsindən gələməyi bacarıram. İdmana başlayan zaman necə məsuliyyətli idimsə, indi də o qədər əzimliyəm. Ona görə də üzərimdə çox təzyiq hiss etmirəm. özümü psixoloji cəhətdən yarışa hazırlamağı yaxşı bacarıram. Güləş mənim uşaqlıq xəyalım idi. Heç pul verməsələr də, mən bu işlə məşğul olmağı düşünürdüm. Hər zaman məqsədim türk bayrağını ucaltmaq və himnimizi səsləndirmək olub. Bunun üçün tər tökürük. Qarşıdan gələn dünya çempionatı və Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istəyirəm”.
Xatırladaq ki, Avropa Oyunlarının qızıl medalını qazanan türkiyəli güləşçi Riza Kayaalp qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmaqla qeyd edib.