XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 14:19

Əbülfəz Elçibəyin övladları prezident İlham Əliyevəmüraciət edəcək

 elcibey

“Qardaşım Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi ilə bağlı hələ dövlət komissiyasına müraciət etməmişəm. Bir az başım qarışıqdı. Amma bunu gerçəkləşdirməyə çalışacam”.

Bunu Modern.az-a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. Almurad Əliyev bu barədə evdəkilərlə söhbət etdiyini də deyib.

“O gündən sonra bu məsələ ilə evdəkilərlə danışdım. Elçibəyin adının əbədiləşdirilməsi üçün uşaqlar da müraciət etməyi düşünür”.

Qeyd edək ki, bu vaxta qədər mərhum eks-prezident Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi barədə heç bir təşəbbüs göstərilməyib.