XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 14:45

Bakıya üzv olmağı təklif edən islam koalisiyası uşaqları qırırmış:BMT-dən ağır ittihamlar

ereb

BMT- nin baş katibi Pan Ki Mun Ərəbistanın başçılıq etdiyi beynəlxalq islam koalisiyanı Yəmənə hücumlar zamanı uşaqları amansız şəkildə qırdığına görə, bu təşkilatın illik qara siyahısına daxil edib.

Strateq.az bildirir ki, Pan Ki Mun dünən Yəmənə təcavüz edən koalisiyanı uşaq hüquqlarını pozan ölkələr siyahısına salıb və Ərəbistanın başçılıq etdiyi bu koalisiyanın Yəməndə yüzlərlə uşağın ölümünə yol açdığını bildirib.

BMT baş katibi öz hesabatında bildirir: Ərəbistanın başçılıq etdiyi koalisiya ötən il Yəməndə uşaqların 60%-nin ölməsi və yaralanmasına səbəb olub. Belə ki, bu hücumlar nəticəsində 510 uşaq ölüb, 667 uşaq isə yaralanıb.

Bu məlumata görə, Ərəbistanın başçılıq etdiyi koalisiya məktəblər və xəstəxanalara edilən hücumların yarısına görə məsuliyyət daşıyır. Pan Ki Mun daha sonra Yəməndə toqquşmaların artmasına görə uşaqlara qarşı zorakılıq hallarının da xeyli artdığına işarə edib.

BMT-nin sözçüsü Stefan Ducarik də Yəmənin bombardman edilməsi nəticəsində sadəcə ötən il ərzində müalicəsi mümkün olan ishal və qara öskürək xəstəliklərindən 10000 yəmənli uşağın öldüyünü bildirib.

Xatırladaq ki, bu ilin fevralında Səudiyyə Ərəbistanı 34  müsəlman dövlətinin terrora qarşı hərbi koalisiyaya daxil olduğunu bəyan edib. Yeni ittifaqın əməliyyatları üzrə qərargah Səudiyyə paytaxtı Ər-Riyadda qurulub. Asiya, Afrika və ərəb ölkələrinin üzv olduğu anti-terror birliyində Səudiyyənin bölgə üzrə əsas rəqibi – İran təmsil olunmayıb.

Koalisiyaya həmçinin Əqfanıstan, İraq və Suriya daxil deyil.

Səudiyyə Ərəbistanı Bakıya da bu ittifaqa qoşulmağı təklif edib.

Azərbaycan koalisiyaya qoşulmaq məsələsini müzakirə etdiyini bildirib. XİN öz açıqlaamsında demişdi ki, “Azərbaycanın “Terrorizmə qarşı İslam koalisiyası”na qoşulması barəsində məsələ ilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel Əl Cubeir arasında telefon danışığı olub. Bu xüsusda təmaslar davam etdirilir”.