XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 İyun 2016 - 15:42

Novruz Məmmədov:“Bundestaqın “soyqırım” qətnaməsi gülməlidir”

novruz-1

 

“Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” ilə bağlı qərarını şərh edərkən ilk növbədə fikirləşmək lazımdır ki, bu hadisə niyə baş verdi? Bunun mahiyyətində nə dayanır? Dünyada bu hadisələrlə bağlı atılan addımlar ədalətlidir, ya yox? Düşünürəm ki, burada bizim həmişə dediyimiz ikili standart özünü göstərir. Birdən-birə bir ölkənin parlamenti yığışıb qərar qəbul edir. Bu məsələ ətrafında onların məlumatı var və ya yoxdur, təhlil aparıblar, yaxud aparmayıblar, arxivlərdə araşdırmalar olub, ya olmayıb? Amma buna baxmayaraq, müəyyən fikirlərə düzəlişlər etməklə qərar qəbul edilir”.

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Prezident Administrasiyasının rəsmisi bildirib ki, indiki vəziyyətdə bu cür addımlar beynəlxalq münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır. Bu addımlar heç də sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət etmir. Belə siyasətin təməli ötən əsrin 90-cı illərinin əvvəllərində ABŞ Konqresində Azərbaycana qarşı 907-ci düzəlişin qəbul olunması ilə qoyulub. Bu da çox gülünc məsələdir. Azərbaycanın ərazisi işğal olundu, Azərbaycan təcrid olunmuş vəziyyətə düşdü və nəticədə Azərbaycanın əleyhinə bu düzəliş qəbul edildi”.

Novruz Məmmədov qeyd edib ki, 100 il bundan əvvəl baş vermiş hadisə ilə əlaqədar tarixçi alimlər ətraflı araşdırma aparmalıdırlar. Bununla bağlı Türkiyənin gözəl təklifi var. Bu addımı atmaq lazımdır. Dəqiq elmi araşdırmalar aparıldıqdan sonra qərar qəbul edilməlidir. Yoxsa, indi bütün prosesləri siyasiləşdirmək düzgün addım deyil. Bunu heç Türkiyə də qəbul etməyəcək.