XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

17 İyun 2015 - 12:30

Daxili İşlər Nazirliyi yeni işçilər axtarır – Vakant yerlər
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Baş İnformasiya Kommunikasiya İdarəsində 30 vakant operator vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Strateq.az DİN-ə istinadən xəbər verir ki, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, dövlət dilini sərbəst bilən, boyu 160 santimetrdən aşağı olmayan, yaşı 20 ilə 30 arasında və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, əvvəllər məhkum olunmamış Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən namizədlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2015-ci ilin iyul ayının 15-dək iş günləri saat 10-dan 17-dək Baş İnformasiya Kommunikasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi;
– təhsil haqqında sənədin əsli;
– ixtisas təcrübəsini təsdiq edən müvafiq diplom və sertifikatlar;
– əmək kitabçası (olanlar üçün).
Əlavə məlumat almaq istəyənlər (012) 590-93-23 nömrəli telefonla Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi ilə əlaqə saxlaya bilərlər.