XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2016 - 21:31

Ədliyyə naziri Avropa Parlamentinin nümayəndələriniqəbul etdi

Bu gün ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya – ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolai və Avropa Parlamentinin üzvü İveta Qriqule ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanın Avropa strukturları ilə qərəzsiz əməkdaşlığa açıq olduğu vurğulanıb. Ölkəmizdə həyata keçirilən islahatlar, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsi üzrə görülən tədbirlər, hakimlərin Avropa İttifaqı və Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən şəffaf seçimi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Avropa Parlamentinin nümayəndələri ölkəmizlə əlaqələrin yaxşılaşdırılması ilə bağlı niyyətini ifadə edib, Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumatlı olduqlarını söyləyib. Qonaq Avropa məkanında məhkəmə fəaliyyətində mövcud problemlərə toxunaraq Azərbaycanın bu sahədə məqsədyönlü tədbirlərini təqdir edib.

Söhbət zamanı əməkdaşlığın prioritetləri və digər məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, maraq doğuran suallara aydınlıq gətirilib.

Qonaqlar nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olublar.