XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 14:54

Bakıda daha bir beynəlxalqturnir keçiriləcək

Bu gün “Sərhədçi” Olimpiya İdman Kompleksində qarışıq təknövçülüklər üzrə “Odlar Yurdunda döyüşlər” adlı beynəlxalq “M-1 Challenge 67” turniri keçiriləcək. Bu münasibətlə “Gənclik Mall” ticarət mərkəzində turnirin təşkilatçıların mətbuat konfransı və iştirakçıların çəkisinin ölçülməsi mərasimi keçirilib.

Tədbirdə Azərbaycan MMA Liqasının prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov, “М-1 Global” təşkilatının prezidenti Vadim Finkelşteyn, Azərbaycan MMA Liqasının vitse-prezidenti Ramil Məlikov, 70 kiloqramadək çəki dərəcəsində MMA üzrə birinci dünya çempionu Etiqad Atakişiyev, habelə sabah baş tutacaq əsas döyüşlərdən birinin iştirakçıları – Artyom Damkovski (Belarus) və Aleksandr Butenko (Ukrayna) iştirak ediblər.

V.Finkelşteyn bildirib ki, Azərbaycanda qarışıq təknövçülüklərin rəsmi idman növü kimi tanınması üzrə böyük iş aparıldığını şəxsən yəqin edib. Ölkəmizdə bu cür yarışların keçirilməsi digər iri beynəlxalq turnirlərdə iştirak etmək üçün yaxın vaxtlarda güclü milli komanda yaratmağa kömək edəcək.

“М-1 Global” təşkilatının prezidenti ümidvar olduğunu bildirib ki, Azərbaycanda qarışıq təknövçülüklər üzrə beynəlxalq turnirlərin hər il keçirilməsi ənənəyə çevriləcək. Onun sözlərinə görə, sabahkı yarışların gedişini yüzə yaxın ölkənin sakinləri birbaşa efirdə izləyəcəklər.

R.Həsənov deyib ki, MMA üzrə bu cür böyük beynəlxalq turnirin ölkəmizdə keçirilməsi Azərbaycanda idmanın bu növünün inkişafına səy göstərən şəxslərin uğuruna dəlalət edir. R.Həsənov bu işdə göstərilmiş dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib, vurğulayıb ki, bu dəstək sayəsində qarışıq təknövçülüklər ölkəmizdə rəsmi idman növü hesab edilməyə başlayıb. Azərbaycan MMA Liqasının prezidenti qeyd edib ki, sabahkı yarışda üç həmvətənimiz çıxış edəcək: Etiqad Atakişiyev, Zaur Hacıbabayev və Taleh Nəcəfov.

Orta çəki dərəcəsində çempion kəmərinə iddiaçıların hazırlanması barədə jurnalistlərin sualına cavab olaraq hər iki idmançı – A.Damkovski və A.Butenko qarşıdakı döyüşə tam hazır olduqlarını bildirib və bu döyüşün baxımlı olacağını vəd ediblər. Yüngül çəki dərəcəsində çempion kəməri uğrunda rusiyalı Maqomed İdrisov və slovak İvan Buxinger mübarizə aparacaqlar.