XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 17:41

Baş Prokurorluqda amnistiya aktınıntətbiqi ilə bağlı toplantı

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentin qəbul etdiyi amnistiya aktı ilə əlaqədar iyunun 4-də Baş Prokurorluqda “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 2016-cı il 20 may tarixli qərarının prokurorluq orqanlarında tətbiqi” mövzusunda seminar keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, bu qurumun Dövlət ittihamının müdafiəsi, eləcə də Hüquqi təminat və informasiya idarələri tərəfindən təşkil edilmiş tədbirdə “Amnistiya aktının icrasının prokurorluq orqanlarında təşkili” mövzusunda çıxışlar olub. Çıxışlarda amnistiya aktının icrası ilə əlaqədar prokurorluq əməkdaşlarının qarşısında duran vəzifələr barədə ətraflı məlumat verilib.

Həmçinin amnistiyanın prokurorluq orqanlarında vaxtında və dürüst icra olunmasının təmin edilməsi məqsədilə Baş Prokurorluq üzrə “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 2016-cı il 20 may tarixli Qərarının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə” 2016-cı il 25 may tarixli əmr tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Habelə prokurorluq orqanları işçiləri tərəfindən amnistiya aktının dərindən öyrənilməsinin və təbliğinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, qərarın humanist mahiyyətinin barələrində amnistiya tətbiq ediləcək şəxslərə izah olunması və gələcəkdə qanuna zidd hərəkətlərin yolverilməzliyi barədə onlarla fərdi söhbətlərin aparılmasının zəruriliyi bildirilib. Prokurorluq əməkdaşlarına amnistiya aktına əsasən cəzadan azad edilmiş məhkumların sosial adaptasiyası məqsədilə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyətləri daxilində köməklik göstərmələri tövsiyə edilib.

Tədbirdə qərarın icrası mexanizmlərinin təkmilləşdirilməsi, prokurorluq əməkdaşlarının amnistiyanı tətbiq edəcək dövlət orqanları ilə qarşılıqlı səmərəli əməkdaşlığı məsələləri müzakirə olunub.