XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

04 İyun 2016 - 19:53

Gülər Əhmədova yeni qurum yaradır –Vəkil Adəm Məmmədovla birgə

guler

Tanınmış vəkil Adəm Məmmədov sabiq deputat Gülər Əhmədova ilə birlikdə yeni ictimai təşkilat yaratmağa hazırlaşır. Bu barədə Adəm Məmmədov feysbuk səhifəsində məlumat paylaşıb.

A.Məmmədov yazıb: “İnsanlar yaşadıqları həyatı qiymətləndirib, dəyərləndirə bilirlərsə, biz də belə insanlara hörmət edib dəyər verməliyik. Bir müddətdir ki, artıq siyasi həyatdan uzaqlaşmış, ictimaiyyətin kifayət qədər tanınan, yazılmış bir yana, yazılmamış qanunlara belə münasibətdə xarakter nümayiş etdirmiş Gülər xanım Əhmədova ilə tanışlıq və işçi görüşlərin nəticəsi olaraq, bir araya gəlib, ciddi bir ictimai qurum yaratmağı nəzərdə tuturuq. Düşünürəm ki, Gülər xanımın təcrübəsi və xarakteri, təhsili (Pisxologiya üzrə elmlər namizədidir) bu lahiyənin effektli işləməsi üçün vacib şərtdir.

Edilən hərəkət və hərəkətsizliyə fərqli prizmadan müxtəlif münasibətlər ola bilər. Ən əsası odur ki, çətin zamanlarda belə insan xarakterini və mövqeyini ortaya qoya bilib, yeri gələndə susmağı bacarsın…

Son dövrdə mətbuat səhifələrində Gülər xanım Əhmədovaya qarşı kampaniya şəklində bəzi xoşagəlməz, təhdid xarakterli yazılarla rastlaşıram ki, bunu yaxşı hal hesab etmirəm. Məsələnin detallarına toxunmadan həmin yazarların nəzərinə bircə faktı çatdırmaq istəyirəm ki, həyatlarında oxşar duruma düşsəydilər, dostları və düşmənləri qarşısında bu qədər mərdi-mərdanə, dik dura bilərdilərmi?”.

Xatırladaq ki, G.Əhmədova bir müddət əvvəl mətbuata açıqlamasında insanalara psixoloji yardım göstərəcək qurum yaradacağını və özünün də psixoloq kimi fəaliyyət göstərəcəyini açıqlamışdı.