XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 15:02

Nalbandyan Tehrana getdi –İranla viza rejimi ləğv olunacaq

iran-ermenistan

Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Tehrana rəsmi  səfər edib.

APA-nın Tehran Bürosunun məlumatına görə,  E.Nalbandyanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qarşılayıb.

İki günlük səfər zamanı E.Nalbandyan iranlı həmkarı və digər rəsmilərlə görüşəcək. Səfər çərçivəsində iki ölkə arasında viza rejiminin ləğvi barədə sənəd imzalanacaq. Sənədə əsasən viza tələb edilmədən İran vətəndaşları Ermənistanda, Ermənistan vətəndaşları İranda 90 gün müddətinə qala biləcəklər.