XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

05 İyun 2016 - 16:37

Sumqayıt Dövlət Univeristetinin tələbəsiintihar etdi

Ağdam rayonunun Mirəşelli kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Əfqan Maqsud oğlu intihar edib.

Yaxınlarının verdiyi xəbərə görə, hadisə Ə.Məmmədovun Sumqayıt şəhərində kirayə qaldığı evdə baş verib.

Ə.Məmmədov Sumqayıt Dövlət Univeristetinin 3-cü kurs tələbəsidir. Mərhumu ipdən asılı vəziyyətdə ilk görən onun otaq yoldaşları olub.

Gecə saat 04:50 radələrində Ə.Məmmədovun otaq yoldaşlarından biri mətbəxdə onu ipdən asıldığını görüb və digər otaq yoldaşını köməyə çağırıb. Yoldaşları ipi kəssələr də, onun həyatını xilas edə bilməyiblər. Mərhumun üzərində məktub olmayıb.

Yoldaşları Ə.Məmmədovun oxuduğu ali məktəbdə də hər hansı problemi olmadığını, sevgi məsələsinə görə intihar etdiyini ehtimal etdiklərini bildiriblər(apa).