Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun doğum günüdür.
Nazir 57 yaşını qeyd edir.
Bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilən nazirin tərcümeyi-halında bildirilib. Nazirin doğum günü tarixi 6 iyun olaraq qeyd olunub(Azvision).
Xatırladaq ki, Z.Həsənov 1959-cu il iyunun 6-da Astara rayonunda anadan olub. 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunu olub.