XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 16:42

Səhiyyə Nazirliyi yoxlama apardı,11 həkimin diplomu saxta çıxdı

sehiyye-nazirliyi

Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunda 2016-cı ilin ilk 4 ayında vətəndaşlardan daxil olan 129 şikayətə baxılıb.

Nazirlikdən bildirilib ki, müraciətlərdən 32-si təkrar olub. Dörd ayda sektora 502 xidməti məktub daxil olub ki, onlar da 308-i araşdırılıb və cavablandırılıb.

Yoxlama tədbirləri nəticəsində 11 saxta diplom aşkarlanıb, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

APA.az