XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 16:46

Bakıda palçıqlı yağışın yağmasının səbəbi nədir? –Açıqlama

hava yagis

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda palçıqlı yağışın yağmasına münasibət bildirib.

Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova bildirib ki, hazırda Azərbaycanda ətraf mühitin çirklənməsi ilə bağlı ekoloji durum qənaətbəxşdir. Onun sözlərinə görə, tozlanma ilə bağlı vəziyyət normal, hətta çox yaxşıdır.

M.Avazova qeyd edib ki, tozla bağlı nə tranzit gətirilmə, nə də daxili çirklənmə yoxdur.

Direktor müavininin sözlərimnə görə, palçıqlı yağışın yağması ağacların çiçəklənmə dövrü ilə bağlı ola bilər: “Zeytun, iydə və digər ağacların tozları daha yüngüldür və onlar çox yüksəklərə qalxır. Yağış isə onları aşağı endirir”.

APA