XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 09:09

Azərbaycan İran vətəndaşları üçün viza qaydalarını sadələşdirir –SƏFİR

iran serhed.jpg

Azərbaycana gələn İran vətəndaşları üçün viza sisteminin sadələşdirilməsi üçün göstəriş verilib.

Strateq.az bildirir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Tehranda keçirilən ” Azərbaycan, Türkmənistan və İraqla praktik ticarət” adlı konfransda çıxışı zamanı bildirib.

“Azərbaycanla İran Astara və Biləsuvar sərhəd-buraxılış məntəqələrində viza rejiminin tətbiqi ilə bağlı danışıqlar aparır və bunun tətbiqi üçün lazımi göstəriş də verilib”-deyə səfir vurğulayıb.

M.Pakayinin sözlərinə görə, hazırda İran vətəndaşları üçün viza Naxçıvan Muxtar Respublikasının Şahtaxtı və Culfa sərhəd-buraxılış məntəqələrində tətbiq edilir: “ümid edirik ki, yaxın gələcəkdə İran vətəndaşları Biləsuvar və Astara sərhəd-buraxılış məntəqələrində də viza almaqla Azərbaycana səfər edə biləcəklər”.

O, qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı rəsmi səfərləri əlaqələrin inkişafında böyük rol oynayıb: “İki ölkə arasında ticarət dövriyyəsinin artması Astara və Biləsuvar gömrük-keçid məntəqələrinin iş rejimlərinin 24 saata keçirilməsi zərurətini yaradıb. Hazırda hər iki dövlətin müvafiq qurumları danışıqlar aparır. Yaxın gələcəkdə hər iki gömrük-keçid məntəqəsində iş rejiminin artırılması gözlənilir”.

Diplomat bildirib ki, tərəflər iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün gömrük, yükdaşıma rüsumlarının azaldılması məsələsini müzakirə edir: “Azərbaycan İrandan Rusiya və Gürcüstana tranzit yüklərin daşınması üçün 20 min yük maşınına rüsum ödəmədən daşıma həyata keçirməsinə icazə verib”.

Qeyd edək ki, İran 2010-cu ilin fevral ayında Azərbaycan vətəndaşlarının İrana vizasız gediş-gəlişinin icrası başlayıb. ötən ildən isə Azərbaycan İran vətəndaşları üçün Naxçıvan MR -ə viza rejimini sadələşdirib və bu ölkənin vətəndaşları sərhəd-buraxılış məntəqələrində viza alaraq Naxçıvan MR-ə gediş-gəliş edə bilər.

X.SƏFƏROĞLU