XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 18:33

TQDK bakalavrlar üçün apelyasiyakomissiyası yaratdı

TQDK

İyunun 5-də 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi üzrə  imtahanın məzmunu və nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.
 
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanın məzmunu ilə əlaqədar müraciətlərin baxılması üçün Apelyasiya Komissiyası  iyunun 7-də saat 10-dan 17-dək TQDK‑nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.
 
İmtahan nəticələri ilə bağlı müraciətlərin baxılması üçün Apelyasiya Komissiyası isə 08-09 iyun tarixlərində saat 10-dan 17-dək Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, bakalavrlar Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.