XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 10:21

PA rəsmisindən ingilis səfirinə ETİRAZ: “Hesab edir ki, Azərbaycanla bağlı nə istəsə, deyə bilər”

novruz.jpg

Azərbaycan Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiqin dünən verdiyi açıqlamasını tənqid edib.

Strateq.az bildirir ki, N. Məmmədov bu barədə özünün tvitter səhifəsində yazıb.

“Dünən mətbuatda heç bir çərçivəyə sığmayan bir informasiyaya rast gəldim. Birləşmiş Krallığın Azərbaycandakı səfiri Britaniya jurnalistlərinin akkreditasiya almamalarını biabırçılıq adlandırıb. Görünür, Birləşmiş Krallığın səfiri hesab edir ki, Azərbaycanla bağlı nə istəsə, deyə və edə bilər. Təəssüf…”, – deyə N. Məmmədov qeyd edib.

Xatırladaq ki, səfir ingilis jurnalistlərinin Avropa Oyunlarına buraxılmamasına etiraz etmişdi.