XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

06 İyun 2016 - 23:11

Medevedev Atambayevlə görüşdü –Rusiya Qırğızıstanın qaz nəqli sahəsinə milyardlar yatıracaq

medved-atamb-1

Qırğızıstan Prezidenti Almazbek Atambayev bu ölkədə səfərdə olan Rusiyanın Baş naziri Dmitri Medvedev ilə görüşüb.

Strateq.az AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Almazbek Atambayev bildirib ki, Rusiya Qırğızıstanın aparıcı ticarət-iqtisadi tərəfdaşıdır və ölkələr arasında ticarət dövriyyəsinin həcmi kifayət qədər yüksəkdir.

Dmitri Medvedevin sözlərinə görə, Rusiya 2030-cu ilədək Qırğızıstanın qaz nəqli sahəsinə 100 milyard rubl həcmində sərmayə yatıracaq ki, bu da respublikanın qazlaşdırılmasının səviyyəsini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq.

Qırğızıstan Prezidenti iki ölkə arasında strateji sahədə əlaqələrin gücləndirilməsi istiqamətindəki fəaliyyətinə görə Dmitri Medvedevin “Danaker” ordeni ilə təltif edildiyini bildirib.

Sonra Almazbek Atambayev ordeni Rusiyanın Baş nazirinə təqdim edib.

D.Medvedev yüksək mükafata görə Prezidentə təşəkkür edib. O, ölkələr arasında əlaqələrin inkişafına bundan sonra da çalışacağını bildirib.

Dmitri Medvedev Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov ilə də görüşüb.