XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

18 İyun 2015 - 12:31

Şeyxlə partiya sədri arasında çəkişmə – QMİ-dən Sərdar Cəlaloğluna cavab gəldi

Xəbər verildiyi kimi, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ünvanına ağır ittiham irəli sürərək bildirib ki, Azərbaycanda fətva verə biləcək səviyyədə ilahiyyatçı, din xadimi yoxdur.

QMİ-nin sədr müavini Hacı Fuad Nurullayev bu olaya münasibət bildirib.

O, AzNews.az-a deyib ki, Azərbaycanda fətva verə biləcək şəxs Şeyxülislam Hacı Allahşükür Paşazadədir: “Sərdar Cəlaloğlunun bu fikrinə cavab verilməlidir. Azərbaycanda hər kəs bilməlidir ki, Allahşükür Paşazadə dini rəhbər kimi Ramazanla bağlı fətva verir və öz tövsiyələrini edir. Şeyxin fətvası bizim üçün önəmlidir. Bu insanlar, ələlxüsus da partiya sədrləri Şeyx həzrətləri haqqında belə düşünürlərsə, deməli, onlar yanlış yoldadır. Ən azı bu sözləri deyən insanın dini savadı olmalıdır. Azərbaycanda fətva vermək səlahiyyəti yalnız Şeyxdədir”.
Qeyd edək ki, Sərdar Cəlaloğlu bu açıqlamasını modern.az saytına bildirib.